“Real” Kasilyasa vəzifə verib

“Real” Kasilyasa vəzifə verib
# 22 dekabr 2020 15:38 (UTC +04:00)

İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyasın yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Madrid klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisinin əfsanəsi doğma klubunda yeni vəzifə alıb. O, “Real” fondunun baş direktorunun köməkçisi təyin edilib.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Kasilyas 1998-2015-ci illərdə bu klubda oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR