"Real" Modriç və Marselo ilə yollarını ayırır

"Real" Modriç və Marselo ilə yollarını ayırır
  • Clock-gray 10:37
  • calendar-gray 23 Aprel 2020

İspaniyanın “Real” klubu iki ulduz futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Luka Modriç və Marselonu transferə çıxarmağı planlaşdırır.

Buna səbəb hər iki oyunçunun öz mövqeyində rəqabəti uduzmasıdır. Bir illik müqaviləsi qalan Luka Federiko Valverde, Marselo isə Ferlan Mendi ilə mübarizədə çətinlik çəkir. Bu üzdən də koronavirus pandemiyası ilə bağlı yarana biləcək maliyyə çətinliklərini adlamaq üçün klub rəhbərliyi hər iki legioneri sataraq müəyyən vəsait əldə etmək fikrindədir.

Qeyd edək ki, 2007-ci ildən “Real”da çıxış edən Marselo cari mövsüm cəmi 11 dəfə meydana çıxıb. 2012-ci ildə Madrid klubuna keçən Modriç daha çox - 22 görüşdə şans qazanıb və 3 qol vurub.

ApaSport

Digər xəbərlər