"Real" çempion olsa, "Çelsi" 15 milyon avro qazanacaq

"Real" çempion olsa, "Çelsi" 15 milyon avro qazanacaq
# 15 iyul 2020 14:59 (UTC +04:00)

"Real" İspaniya La Liqasında çempion olsa, qazanc əldə edəcək klublardan biri "Çelsi" olacaq.

Apasport.az saytının məlumatına görə, Eden Azarın transferi zamanı müqaviləyə salınan bənd "zadəganlar"ın büdcəsini zənginləşdirməsinə səbəb olacaq.

Belçikalı ulduz futbolçu ötən il 100 milyon avro müqabilində "kral klubu"na keçən zaman əldə edilən razılığa əsasən, Madrid təmsilçisi La Liqanın çempionu olsa, ingilislərə daha 15 milyon avro ödəyəcək. Eden Azar bu mövsüm 20 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, La Liqanın lideri olan "Real" (83 xal) sona 2 tur qalmış ən yaxın izləyicisini 4 xal qabaqlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR