“Real” klubu futbolçusunun koronavirusa yoluxma xəbərini təkzib edib

“Real” klubu futbolçusunun koronavirusa yoluxma xəbərini təkzib edib
# 23 sentyabr 2020 15:47 (UTC +04:00)

İspaniyanın “Real” klubunun heç bir futbolçusu koronavirus pandemiyasına yoluxmayıb.

Apasport.az xəbər verir ki, bunu Madrid təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, komandanın məşqçi və futbolçu heyəti, eyni zamanda klub işçilərindən test götürülüb, bütün cavablar neqativ çıxıb. Yerli mətbuatda yarımmüdafiəçi Martin Edeqorun koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi də vurğulanıb.

Qeyd edək ki, İspaniya La Liqasında mövsümə “Real Sosyedad”la qolsuz bərabərə qalaraq start verən “Real” 3-cü turda sentyabrın 26-da “Betis”in qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR