"Real" məşqləri bərpa edir

"Real" məşqləri bərpa edir
# 12 aprel 2020 14:09 (UTC +04:00)

İspaniyada koronavirus pandemiyası səbəbindən karantin rejimi elan olunsa da, "Real" məşqləri bərpa etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "kral klubu"nda kollektiv məşqlərin müzakirəsinə başlanılıb.

Baş məşqçi Zinəddin Zidan məşq prosesini tərtib etməyə başlayıb. Lakin bərpa tarixi hələ müəyyənləşməyib. Madridlilərin tibbi xidmətinin rəhbəri Niko Mixiç məşq zamanı futbolçular üçün təhlükəsizlik protokolu hazırlayıb. "Real" martın 12-dən karantin rejimindədir.

Qeyd edək ki, La Liqa XXVII turdan sonra təxirə salınıb. "Barselona" hazırda 58 xalla liderdirsə, ikinci sırada yer alan "Real" onlardan 2 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR