"Real" qalib gəlib, “Barselona”nın qələbəsiz oyun sayı 4-ə çatıb

"Real" qalib gəlib, “Barselona”nın qələbəsiz oyun sayı 4-ə çatıb
# 01 noyabr 2020 01:59 (UTC +04:00)

İspaniya La Liqasında VIII tur 4 oyunla davam edib.

Apasport.az saytının məlumatına görə, bu gün çempionatın favoritləri meydana çıxıb.

“Real” cari mövsüm qələbə üzünə həsrət qalan autsayderlərdən “Ueska”ya heç bir şans verməyib.

Madridin digər təmsilçisi “Atletiko” da turnir cəvəlindəki qonşusu “Osasuna”ya səfərdə qalib gəlib.

“Sevilya” Bilbaoda “Atletik” önündə erkən qolla önə keçməsinə baxmayaraq, meydan sahibləri sona yaxın nəinki bərabərliyi təmin edib, hətta əzmkar qələbə qazanıblar.

“Barselona” isə onunla eyni sayda xal toplayan “Alaves”in qonağı olub. Məğlubiyyətdən ikinci hissədə qaçan və 1 xalla kifayətlənən Kataloniya klubunun La Liqada qələbə həsrəti 4 matça yüksəlib.

Turun digər oyunları 1-2 noyabr tarixlərində keçiriləcək. Açılış matçında dünən “Kadis” “Eybar” üzərində səfər qələbəsi (2:0) qazanıb.

İspaniya La Liqası
VIII tur
31 oktyabr
“Real” – “Ueska” – 4:1

Azar, 40, Benzema, 45, 90, Valverde, 54 – Ferreyro, 74
“Atletik” – “Sevilya” – 2:1
Muniayn, 76, Sancet, 86 – En Nesiri, 9
“Osasuna” – “Atletiko” – 1:3
Budimir, 80 – Joao Feliks, 43 (pen.), 69, Torreyra, 88
“Alaves” – “Barselona” – 1:1
Rioxa, 31 – Qrizmann, 63

1

Real

7

5

1

1

13-5

16

2

Real Sosyedad

7

4

2

1

14-3

14

3

Atletiko

6

4

2

0

13-2

14

4

Kadis

8

4

2

2

8-6

14

5

Qranada

6

4

1

1

8-8

13

6

Vilyarreal

7

3

3

1

8-8

12

7

Elçe

5

3

1

1

5-4

10

8

Xetafe

6

3

1

2

5-4

10

9

Osasuna

7

3

1

3

7-7

10

10

Atletik

7

3

0

4

6-7

9

11

Betis

7

3

0

4

7-11

9

12

Barselona

6

2

2

2

10-6

8

13

Alaves

8

2

2

4

6-9

8

14

Eybar

8

2

2

4

5-8

8

15

Sevilya

6

2

1

3

6-6

7

16

Valensiya

7

2

1

4

9-11

7

17

Selta

7

1

3

3

4-10

6

18

Ueska

8

0

5

3

6-14

5

19

Levante

6

1

1

4

6-11

4

20

Valyadolid

7

0

3

4

5-11

3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR