“Real” əsrin klubu, Kriştiano Ronaldo futbolçusu seçilib

“Real” əsrin klubu, Kriştiano Ronaldo futbolçusu seçilib
# 27 dekabr 2020 21:47 (UTC +04:00)

“Globe Soccer Awards” mükafatının sahibləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar həm 2020-ci ilin, həm də XXI əsrin ən yaxşılarını müəyyənləşdirib.

Robert Levandovski (Polşa, “Bavariya”) ilin, Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) əsrin futbolçusu seçilib.

Hans Diter Flik (Almaniya, “Bavariya”) ilin, Pep Qvardiola (İspaniya, Mançester Siti”) əsrin məşqçisi adını qazanıb.

“Bavariya” ilin, “Real” əsrin klubu nominasiyasında qalib gəlib.

Jorje Mendeş isə əsrin agenti seçilib. Kriştiano Ronaldo, Joze Mourinyo, Devid de Xea kimi məşhurlarla çalışdan portuqaliyalı son 10 ildə 9 dəfə ilin agenti adına yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR