“Real” uelsli hücumçu alır

“Real” uelsli hücumçu alır
# 25 may 2020 22:47 (UTC +04:00)

İspaniyanın “Real” klubu Uels yığmasının futbolçusu Robbi Matondonu transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Şalke” klubunun 19 yaşlı hücumçusu Madrid təmsilçisinin diqqətini cəlb edib.

Gənc forvardın transferində “Real”ın baş məşqçisi Zinəddin Zidanın özü maraqlıdır. Uelsli klub rəhbərliyinin strategiyasına da uyğun gəlir.

Qeyd edək ki, Matondo “Şalke”yə 2019-cu ilin yanvarında “Mançester Siti”dən keçib. Müqaviləsi 2023-cü ilədək olan Matondo cari mövsüm 14 matçda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR