“Real”ın Serxio Ramosa yeni müqavilə təklifi uğursuz nəticələnib

“Real”ın Serxio Ramosa yeni müqavilə təklifi uğursuz nəticələnib
# 10 fevral 2021 11:16 (UTC +04:00)

İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosa növbəti təklifini edib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi ilə ulduz futbolçu arasındakı budəfəki danışıq da uğursuz nəticələnib.

“Real” rəhbərliyi maaşın 10 faiz azaldılması şərtilə 2 illik yeni saziş təklif etsə də, 34 yaşlı müdafiəçi növbəti dəfə bunu rədd edib. İspanlar artıq Ramosla danışıqları dayandırmaq və başqa təklif etməmək qərarına gəlib.

Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün komandadan kənarda qalan Serxio Ramosun müqavilə müddəti mövsümün sonuna qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR