“Real”ın baş məşqçisi Zidanla və futbolçular arasında qalmaqal baş verib

“Real”ın baş məşqçisi Zidanla və futbolçular arasında qalmaqal baş verib
  • Clock-gray 12:49
  • calendar-gray 03 Dekabr 2020

Son oyunlarda uğursuz çıxış edən İspaniyanın “Real” klubunda qalmaqal baş verib.

Apasport.az saytının məlumatına görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və futbolçular arasında münaqişə yaşanıb.

Fransalı mütəxəssis Çempionlar Liqasının “Şaxtyor”la (0:2) oyununda Martin Edeqor, Junior Vinisius və Rodriqodan narazı qalıb. Zidanın onlara narazılığını bildirməsi futbolçular tərəfindən müsbət qarşılaşmayıb. Paytaxt təmsilçisinin çalışdırıcısının Eden Azarla da münasibətləri korlanıb.

Qeyd edək ki, La Liqanın XII turunda “Real” “Sevilya” ilə üz-üzə gələcək.

ApaSport

Digər xəbərlər