"Real"ın futbolçusunun icarə müddəti artırılıb

"Real"ın futbolçusunun icarə müddəti artırılıb
# 21 iyun 2020 14:38 (UTC +04:00)

"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqor müqavilə ilə məxsus olduğu "Real"a qayıtmayacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi San-Sebastyan klubunda qalacaq.

Klublar arasında bununla bağlı danışıqlar olub və tərəflər Norveç millisinin üzvünün daha bir il icarə əsasında "Real Sosyedad"da qalmasına razılaşıblar. "Kral klubu" mövsümün sonunda heyətində gəncləşdirmə siyasəti aparmaq fikrindən vaz keçib.

Qeyd edək ki, Martin Edeqor bu mövsüm 30 oyunda iştirak edib, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR