“Real”ın kapitanı El Klasiko və Çempionlar Liqası matçlarını buraxacaq

“Real”ın kapitanı El Klasiko və Çempionlar Liqası matçlarını buraxacaq
# 01 aprel 2021 17:12 (UTC +04:00)

İspaniya millisinin kapitanı Serxio Ramos yenidən zədələnib.

Apasport.az saytının məlumatına görə, “Real”ın lideri klubuna döndükdən sonra tibbi müayinədən keçib.

Məlum olub ki, 35 yaşlı mərkəz müdafiəçisi 1 ay komandadan uzaq qalacaq. Bu isə o deməkdir ki, Ramos La Liqada “Barselona”ya qarşı El Klasikonu, həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”la qarşılaşmaları buraxacaq.

Qeyd edək ki, aprelin 10-da “Barselona” ilə qarşılaşacaq “Real” “Liverpul”la ayın 6-da və 14-də üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR