“Real”ın müdafiəçisinin “Valensiya”ya keçidinə icazə verilib

“Real”ın müdafiəçisinin “Valensiya”ya keçidinə icazə verilib
# 22 fevral 2020 09:26 (UTC +04:00)

İspaniya La Liqası “Real”ın futbolçusu Xavi Sançesin “Valensiya”ya keçidinə icazə verib.

Apasport.az saytının məlumatına görə, “yarasalar” mərkəz müdafiəçisini “transfer pəncərəsi”ndən kənar müddətdə heyətinə qata biləcək.

“Kral klubu”nun “Valyadolid”ə icarəyə verdiyi futbolçunun keçidinə razılıq verilməsi “Valensiya”nın quruma müraciəti əsasında gerçəkləşib. Eskiel Qarayın zədə səbəbindən mövsümün yerdə qalan hissəsini buraxmaq ehtimalını nəzərə alan La Liqa “yarasalar”ın istəyini müsbət cavablandırıb. “Real” və “Valyadolid” klubları da 22 yaşlı müdafiəçinin icarə əsasında yeni komandaya qoşulmasına razı olub.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” eyni yolla hücumçu Martin Braytveyti heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR