“Reyms”in koronavirusa tutulan həkimi intihar edib

“Reyms”in koronavirusa tutulan həkimi intihar edib
# 05 aprel 2020 23:52 (UTC +04:00)

Fransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun koronavirus infeksiyasına yoluxması olub.

Koronavirus testi müsbət çıxdıqdan sonra evdə həyat yoldaşı ilə birlikdə karantinə alınan Qonzales özünü öldürüb. O, məktub yazaraq, hərəkətinin səbəbini də izah edib.

Klub rəhbərliyi hadisə ilə bağlı bəyanatında həm onların, həm də həkimin ailəsinin şokda olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR