Rəhim Həsənov FİFA hakimliyindən çıxarılıb

Rəhim Həsənov FİFA hakimliyindən çıxarılıb
# 07 oktyabr 2020 15:53 (UTC +04:00)

Bu gün Hakimlər Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklər barədə qərar qəbul edilib.

2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəz edib. 2010-cu ildən FİFA referi köməkçisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib.

Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FİFA-ya göndəriləcək.

FİFA fitness testlərinin nəticəsindən asılı olaraq qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişikliyin olub-olmaması hələ dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR