Robert Levandovski “Bavariya”da 300-cü oyununda 259-cu dəfə fərqlənib

Robert Levandovski “Bavariya”da 300-cü oyununda 259-cu dəfə fərqlənib
# 07 noyabr 2020 22:55 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Münhen təmsilçisində yubiley – 300-cü oyununda da qol vurub.

Apasport.az saytının məlumatına görə, 2014-cü ildə Dortmund “Borussiya”sından transfer olunan hücumçu sabiq komandası ilə görüşdə fərqlənib.

Dortmunddakı qarşılaşmada 300-cü dəfə “Bavariya” forması geyinən polşalı forvard 259-cu qoluna imza atıb. 32 yaşlı polşalının orta məhsuldarlığı 0,86-ya bərabərdir.

Qeyd edək ki, Levandovskinin qolu ilə qonaqlar hesabda önə keçib – 2:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR