Robert Levandovski dünyada ilin futbolçusu seçilib

Robert Levandovski dünyada ilin futbolçusu seçilib
  • Clock-gray 22:45
  • calendar-gray 16 Noyabr 2020

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski dünyada ilin futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, bu dəfə “Dünya Futbol Zirvəsi” və AS nəşri Polşa millisinin üzvünü bu ada layiq görüb.

AS nəşrinin oxucuları və xüsusi seçilmiş münsiflər heyəti arasında aparılan səsvermədə Levandovskini komanda yoldaşı Joşua Kimmix izləyib. “Barselona” klubunun argentinalı kapitanı Lionel Messi ilk “üçlüy”ü qapayıb.

Qeyd edək ki, Robert Levandovski 2019/20 mövsümündə  Bundesliqada 30 oyunda 34 qol, Çempionlar Liqasında isə 10 matçda 15 qol vurub.

ApaSport

Digər xəbərlər