Robert Prosineçki “Kayserispor”dan ayrılıb

Robert Prosineçki “Kayserispor”dan ayrılıb
# 06 avqust 2020 17:10 (UTC +04:00)

Türkiyənin “Kayserispor” klubu müqavilə müddəti başa çatan baş məşqçisi Robert Prosineçki ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Super Liqa klubu yoluna xorvatiyalı mütəxəssislə davam etməyəcək.

Buna səbəb tərəflər arasında razılığın əldə olunmamasıdır. Klub rəsmiləri növbəti mövsümlə bağlı planlarda Prosineçki ilə ortaq məxrəc əldə edə bilməyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi olan xorvatiyalı mütəxəssis “Kayseripor”u 19 oyuna çıxarıb. 51 yaşlı çalışdırıcının yetirmələri 6 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR