Ronaldinyo həbsxananı tərk edib

Ronaldinyo həbsxananı tərk edib
# 08 aprel 2020 00:55 (UTC +04:00)

Braziliya millisinin sabiq futbolçusu Ronaldonyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, həbsxanada 1 ay qalan futbol əfsanəsi hazırda Asunson şəhərinin otellərindən birində ev dustaqlığındadır.

Ronaldonyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilib. Martın 5-də baş prokuror onun həbsinə qərar verib.

Ertəsi gün buraxılan sabiq futbolçu bir neçə saatdan sonra yenidən həbs edilmişdi. Sonradan məhkəmə onun saxlanılmasını 6 aya qədər uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR