Ronaldinyonun anası koronavirusdan vəfat edib

Ronaldinyonun anası koronavirusdan vəfat edib
# 21 fevral 2021 15:52 (UTC +04:00)

Braziliya yığması, “Barselona” və “Milan” komandalarının sabiq futbolçusu Ronaldinyonun anası yeni növ koronavirusdan (COVİD-19) həyatını itirib.

APA-nın “Diario Ole” nəşrinə istinadən verdiyi məlumata görə, futbolçu keçən ilin dekabrında anası Miqelina Eloi Dos Santosun COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Hələlik 2002-ci il dünya çempionatının qalibi anasının vəfat etdiyini təsdiqləməsə də, “Twitter” hesabında qara rəngli foto yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR