Ronaldo het-trik sayında Messidən uzaqlaşıb

Ronaldo het-trik sayında Messidən uzaqlaşıb
# 15 mart 2021 09:21 (UTC +04:00)

İtaliya A seriyasının XXVII turunda “Kalyari” ilə oyun “Yuventus”un hücumçusu Kriştianu Ronaldo üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz “qoca sinyora”nın heyətində ikinci het-trikini edib (3:1).

Maraqlıdır ki, o, bundan əvvəl də məhz “Kalyari” ilə qarşılaşmada 3 dəfə fərqlənib. Klub karyerasında 57-ci het-trikini rəsmiləşdirən 36 yaşlı forvard “Barselona”nın kapitanı Lionel Messidən bir qədər də uzaqlaşıb. Argentinalının aktivində 54 het-trik var.

Qeyd edək ki, Ronaldo eyni zamanda A seriyasında rəqib olan bütün komandaların qapısından səfər matçında qol keçirməyi bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR