Ronaldo ilin bombardirlər siyahısında Messini arxada qoyub

Ronaldo ilin bombardirlər siyahısında Messini arxada qoyub
# 04 dekabr 2019 12:42 (UTC +04:00)

2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli və qitəmiqyaslı turnirlərdə ən çox qol vuranların cədvəlini tərtib edib.

Siyahıda beynəlxalq oyunlarda 10 və daha çox qola imza atan 31 futbolçu daxil edilib. Arxada qalan 11 ayın nəticələrinə əsasən Kriştianu Ronaldo ilin ən məhsuldar oyunçusudur.

Hesabında 20 top olan hücumçu Portuqaliya yığmasında 14, “Yuventus”da 6 dəfə fərqlənib. O, Harri Keyni bir top qabaqlayır. İngiltərə yığmasında 12, “Tottenhem”də 7 dəfə rəqib qapısına yol tapan britaniyalı ümumilikdə 19 qola sevinib.

İlk “üçlüy”ü BƏƏ millisinin və “Əl-Cəzirə”nin futbolçusu Əli Manhut qapayır. O, 17 qolun hamısını yığmada vurub. Asiyalı məhz millidəki qol sayına görə 17 dəfə fərqlənən Rahim Sterlinqi qabaqlayır. İngiltərə yığmasında 8 topa sevinən sonuncu “Mançester Siti”də 9 dəfə fərqlənib.

Qeyd edək ki, “Qızıl top”u alan Lionel Messi İFFHS-in siyahısında 13 qolla 13-cüdür. O, Argentina yığmasında 5, “Barselona”da 8 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR