Ronaldo koronavirus səbəbindən 9 milyon avro itirəcək

Ronaldo koronavirus səbəbindən 9 milyon avro itirəcək
# 21 mart 2020 14:43 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkisi ilə üzləşən "Yuventus" futbolçularının maaşlarını azaltmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi məvaciblərin 30 faizini kəsəcək.

Belədə ən çox pul itirən futbolçu Kriştianu Ronaldo olacaq. Hazırkı qazancı 32 milyon avro olan portuqaliyalı superulduzun 9 milyon avrosu kəsiləcək. Yaranmış vəziyyətlə əlaqədar ölkədə aprelin 3-dək karantin elan olunub.

Qeyd edək ki, indiyə qədər 274 mindən çox koronavirus xəstəliyinə yoluxan aşkar edilib, onlardan 11 min 357-si ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR