Ronaldonun yerə çırpdığı kapitan sarğısı 63,7 min dollara satılıb

Ronaldonun yerə çırpdığı kapitan sarğısı 63,7 min dollara satılıb
  • Clock-gray 16:36
  • calendar-gray 02 Aprel 2021

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun yerə çırpdığı kapitan sarğısı satılıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə görüşünün (2:2) sonlarında yerə atılan kapitanlıq rəmzi xeyriyyə auksionunda yeni sahibini tapıb.

Sarğı üçün 7,5 milyon Serbiya dollarına (təxminən 63,7 min ABŞ dolları) ödənilib. Satışdan əldə olunan vəsait 6 aylıq serbiyalı körpənin müalicəsinə sərf olunacaq. Uşağın müalicə xərci isə ümumilikdə 2,5 milyon avro təşkil edir.

Qeyd edək ki, Ronaldo qarşılaşmanın sonlarında vurduğu qol hesaba alınmadığı üçün sarğını yerə atıb və meydanı tərk edib.

ApaSport

Digər xəbərlər