Rövnəq Abdullayev: "Millimiz daha bir uğura imza atmaqla hər birimizi sevindirdi"

Rövnəq Abdullayev: "Millimiz daha bir uğura imza atmaqla hər birimizi sevindirdi"
  • Clock-gray 16:47
  • calendar-gray 10 Mart 2021

“Futzal üzrə Azərbaycan millisi daha bir uğura imza atmaqla hər birimizi sevindirdi”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.

Qrup mərhələsində Moldova üzərində səfər qələbəsinə (5:3) münasibət bildirən assosiasiya rəhbəri bunun ardıcıl 4-cü qalibiyyət olduğunu xatırladıb: “Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi. Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə öz təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub”.

AFFA-nın saytına açıqlamasında yığmamızın son 10 ildəki göstəricilərinin sevindirici olduğunu əlavə edən Rövnəq Abdullayev komandamıza uğurlar arzulayıb: “Futzal millimizin son 10 ildə göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir. Yığmamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm”.

ApaSport

Digər xəbərlər