Rəşad Sadıqov ilin ən yaxşı futbolçusunu açıqlayıb

Rəşad Sadıqov ilin ən yaxşı futbolçusunu açıqlayıb
# 29 dekabr 2020 11:30 (UTC +04:00)

Apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusu davam edir.

Bu dəfə “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov ən yaxşısı hesab etdiyi oyunçunun adını açıqlayıb.

Gənc mütəxəssis uzun illər formasını geyindiyi “Qarabağ”ın oyunçusunu fərqləndirib. 38 yaşlı çalışdırıcı Ağdam klubunda çiyin-çiyinə çıxış etdiyi qapıçı Şahrudin Məhəmmədəliyevi digərlərindən üstün sayıb.

Sadıqovun fikrincə, Azərbaycan millisinin qolkiperi üçün il parlaq keçib: “Şahrudin çox uğurlu mövsüm keçirdi. Həm milli komandada, həm də “Qarabağ”da əsas heyət oyunçusuna çevrildi, çox uğurlu matçlar geridə qoydu. Bu səbəbdən onu 2020-ci ilin ən yaxşısı hesab edirəm”.

Qeyd edək ki, buna qədər “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov, eləcə də futbolçular Əfran İsmayılov (“Səbail”), Vüsal İsgəndərli (“Keşlə”) və Mehdi Cənnətov (“Sumqayıt”) ilin ən yaxşı futbolçusu kimi Şahrudin Məhəmmədəliyevi seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR