Rəşad Sadiqov karyerasını bitirib

Rəşad Sadiqov karyerasını bitirib
# 25 iyun 2020 12:16 (UTC +04:00)

"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov karyerasını başa vurub.

Bu barədə apasport.az saytına 37 yaşlı futbolçu özü məlumat verib.

Azərbaycan millisinin sabiq üzvü artıq futboldan getməyin vaxtının gəldiyini söyləyib: "Əslində ötən il gedəcəkdim. Sadəcə, müdafiə xəttində zədəlilər çox olduğuna görə davam etməli oldum. Ancaq düşünürəm ki, artıq kifayətdir. Bundan sonra "Keşlə"də köməkçi-məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm".

Sadiqov 22 illik peşəkar karyerasından məmnun qaldığını söyləyib: "Düşünürəm ki, pis karyeram olmadı. Çempion oldum, ölkə kubokunu qazandım, Avropa Liqasının qrupunda iştirak etdim. İstədiklərimin hamısını reallaşdıra bildim".

Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Bakı Fəhləsi", "Şəfa", "Neftçi", MOİK, "Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ" və "Keşlə"nin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR