Rəşad Sadıqov: “Çox istərəm ki, millinin baş məşqçisi Prosineçki olsun”

Rəşad Sadıqov: “Çox istərəm ki, millinin baş məşqçisi Prosineçki olsun”
  • Clock-gray 01:10
  • calendar-gray 13 Dekabr 2019

Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov yığmanın baş məşqçisi postunda görmək istədiyi əcnəbi mütəxəssisin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, hazırda Ağdamın “Qarabağ” klubunda çıxış edən 37 yaşlı müdafiəçi Avropa Liqasının VI turunun “Düdelanj”la (1:1) ev oyunundan sonra jurnalistlərə açıqlamasında yığma barədə danışıb.

AFFA-nın İcraiyyə Komitəsinin sabahkı iclasında işi müzakirə olunacaq millinin baş məşqçisi Nikola Yurçeviçdən razı qalmayan R.Sadıqov bu postda yerli çalışdırıcı görmək istəyir: “Mən həmişə yerli məşqçi tərəfdarı olmuşam. Bəzən təcrübə söhbətini ortaya atırlar. Mənə maraqlıdır, Yurçeviçin hansı təcrübəsi var idi? Əsas odur ki, futbolçularla dil tapa biləsən”. 

Müdafiəçi əcnəbilərdən yığmanın sabiq məşqçisi Robert Prosineçkinin mümkün qayıdışını da dəstəklədiyini gizlətməyib: “Əgər əcnəbi çalışdırıcı gəlsə, çox istərəm ki, o Prosineçki olsun. O Azərbaycan mentalitetini tez qavradı, futbolçularla yaxşı dil tapırdı. İstər soyunub-geyinmə otağında, istər oteldə olsun”.

Qeyd edək ki, Azərbaycan millisində 111 oyun keçirən R.Sadiqov bu göstəricidə rekordçudur.

ApaSport

Digər xəbərlər