Rumıniyada qeyri-adi avtoqol qeydə alınıb - VİDEO

Rumıniyada qeyri-adi avtoqol qeydə alınıb - VİDEO
# 19 oktyabr 2020 15:27 (UTC +04:00)

Rumıniyanın aşağı liqasında keçirilən bir matçda kuryoz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, III divizion çərçivəsində baş tutan “Satu Mare” – “Somesul Dej” görüşündə qeyri-adi avtoqol qeydə alınıb.

Bir epizodda ikincilərin hücumu zamanı “Satu Mare”nin qapıçısı topu əlindən buraxıb və müdafiəçi onu kənara vurmaq əvəzinə sanki rəqibin hücumçusu imiş kimi, qüvvətli zərbə ilə öz qapılarından keçirib.

Bu isə futbol ictimaiyyəti arasında birmənalı qarşılanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR