Rummenigge: “Almaniyada bütün klublar mövsümü davam etdirməyə razıdır”

Rummenigge: “Almaniyada bütün klublar mövsümü davam etdirməyə razıdır”
# 05 aprel 2020 12:38 (UTC +04:00)

“Almaniya Futbol Liqası vəziyyəti nəzarətdə saxlayır. Qurumun prezidenti nümunəvi iş aparır”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge deyib.

O bildirib ki, Bundesliqa klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü davam etdirməyə hazırdır: “Hər şey harmonik və həmrəylik şəklindədir. Belə asan olmayan vaxtda güclülərin zəiflərə dəstək verməsi çox vacibdir. Biz kiçik klublara kömək etməyə çalışırıq. Almaniyada bütün klublar hətta iyunun 30-dan sonra olsa da, mövsümü davam etdirməyə razıdır”.

Qeyd edək ki, UEFA mövsümü başa çatdırmaq üçün son tarix kimi avqustun 3-nü müəyyənləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR