Rusiya Premyer Liqasının təqvimi təsdiqlənib

Rusiya Premyer Liqasının təqvimi təsdiqlənib
# 09 iyun 2020 14:48 (UTC +04:00)

Rusiya Premyer Liqasının son 8 turunun təqvimi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, buna Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qərar verilib.

İclasda Premyer Liqanın, həmçinin Rusiya kubokunun öncədən təklif edilən təqvimi və qaydaları təsdiqlənib. Eyni zamanda, oyunlar zamanı klublara 5 əvəzləmə icazəsi verilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Rusiya çempionatı iyunun 21-də bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR