Rusiya klubu Azərbaycan millisinin futbolçuları ilə müqaviləni uzadıb

Rusiya klubu Azərbaycan millisinin futbolçuları ilə müqaviləni uzadıb
  • Clock-gray 11:47
  • calendar-gray 13 Yanvar 2021

Azərbaycan millisinin iki futbolçusu Rusiya karyerasını davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət Rusiya Super Liqasında mübarizə aparan "Yenisey" Diana Məmmədova və Alina Dorofoyeva ilə olan müqavilələri uzadıb.

Diana daha bir il indiki klubunda çıxış edəcək. Annanın anlaşması isə 2 il müddətinə uzadılıb.

Qeyd edək ki, bir müddət öncə “Zenit” yığmamızın digər üzvü Jalə Məhsimova ilə olan müqaviləsini daha 1 il müddətinə uzadıb.

ApaSport

Digər xəbərlər