Rusiya klubu "Neftçi"nin hücumçusunu istəyir

Rusiya klubu "Neftçi"nin hücumçusunu istəyir
  • Clock-gray 18:52
  • calendar-gray 24 Mart 2020

"Neftçi"nin hücumçusu Stiven Jozef-Monroz karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı forvard "Krılya Sovetov"un maraq dairəsinə düşüb.

Hücumçu axtarışında olan Premyer Liqa təmsilçisi ön xətdəki problemi məhz 30 yaşlı oyunçu ilə həll etməyi planlaşdırır. Samara klubu transfer danışığına başlamaq üçün koronavirus pandemiyası ilə bağlı yaranmış təhlükənin sovuşmasını gözləyir. Çempionatlar bərpa edilən kimi, ruslar Monrozla təmasa keçəcəklər.

"Krılya Sovetov" futbolçunun razılığını aldıqdan sonra "Neftçi" rəhbərliyi ilə də danışıq aparmalı olacaq. Çünki forvardın Bakı təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Stiven Jozef-Monroz "Neftçi"yə ötən ilin yayında "Qəbələ"dən keçib.

ApaSport

Digər xəbərlər