Rusiya millisinin keçmiş futbolçusu meydanda hakimi döyüb - VİDEO

Rusiya millisinin keçmiş futbolçusu meydanda hakimi  döyüb - VİDEO
# 11 avqust 2020 11:22 (UTC +04:00)

Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov qalmaqalla gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi oyun zamanı hakimi döyüb.

Hadisə həvəskar komandalar arasında keçirilən görüş zamanı baş verib. Şirokovun keçmiş futbolçu olan referi Nikita Dançenkovu döydüyü görüntülər internetdə də yayılıb. Yumruq zərbələrindən sonra tibbi yardıma ehtiyac duyan hakimin səhhətinin qaydasında olduğu açıqlanıb. Futbolçu hərəkətinə görə üzr istəyib.

Qeyd edək ki, Roman Şirokov 2008-2016-cı illərdə Rusiya millisinin heyətində 50-dən çox oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR