Rusiyada “İrtış”ın sabiq futbolçusu qətlə yetirilib

Rusiyada “İrtış”ın sabiq futbolçusu qətlə yetirilib
  • Clock-gray 12:11
  • calendar-gray 27 Yanvar 2021

Rusiyanın “İrtış” klubunun sabiq futbolçusu Yeqor Drobış qətlə yetirilib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi Omskda öldürülüb.

O, ürəyindən aldığı bıçaq zərbəsindən yerində dünyasını dəyişib. Dostu ilə mağazadan qayıdarkən içkili vəziyyətdə olublar. Onların üzərinə bıçaqla hücum edilib. Drobışın dostu reanimasiyaya yerləşdirilib. Polis cinayətkarları axtarmağa başlayıb.

Qeyd edək ki, “İrtış”ın gənclərdən ibarət komandasının liderlərindən olan Drobış əsas heyətdə 3 matç keçirib.

ApaSport

Digər xəbərlər