"Sabah" Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

"Sabah" Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb
  • Clock-gray 12:09
  • calendar-gray 09 İyul 2020

Mövsümlərarası fasilənin fəal komandalarından olan "Sabah" daha bir futbolçunu transfer edib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev karyerasını paytaxt klubunda davam etdirəcək. 

"Sumqayıt"la müqavilə müddəti başa çatdığı üçün azad agent olan Azərbaycan millisinin üzvü yeni komandası ilə 3 illik sazişə qol çəkib.

Karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış etmiş 24 yaşlı orta sahə oyunçusu 2018-2020-ci illərdə “Sumqayıt”ın formasını geyinib.

Qeyd edək ki, Aleksey İsayev "Sabah"ın yay fasiləsində 6-cı transferi olub. Paytaxt klubu ona qədər Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov və Nicat Mehbalıyevı heyətinə cəlb edib.

ApaSport

Digər xəbərlər