“Sabah” baş məşqçisi ilə yollarını ayırıb

“Sabah” baş məşqçisi ilə yollarını ayırıb
  • Clock-gray 11:01
  • calendar-gray 03 İyul 2020

Azərbaycan Premyer Liqasında mövsüm başa çatdıqdan sonra ikinci baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Sabah" klubu çalışdırıcısı Jelko Sopiçlə vidalaşıb.

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə xorvatiyalı mütəxəssisin müqaviləsinə xitam verildiyini açıqlayıb. Ötən ilin noyabrında baş məşqçi postuna gətirilən Sopiçin müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.

Çalışdırıcı ilə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviç də yola salınıb.

Qeyd edək ki, "Sabah" Jelko Sopiçin rəhbərliyi altında Premyer Liqada cəmi 8 oyun keçirib. Bunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edən bakılılar 4 görüşdə məğlub olub. Azərbaycan kubokunun 1/4 final mərhələsində isə "Qəbələ" ilə qarşılaşan xorvatiyalı hər iki matçda uduzub.

ApaSport

Digər xəbərlər