“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb

“Sabah” monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb
# 02 avqust 2020 23:46 (UTC +04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16) və “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Qeyd edək ki, Visente Qomesi baş məşqçi postuna gətirən Bakı təmsilçisi daha öncə Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov, Nicat Mehbalıyev, Aleksey İsayev və Camal Cəfərovu transfer edib, Xulio Sezar Rodriges, Saşa Stamenkoviç və Ramil Şeydayevlə müqaviləni uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR