“Sabah” ukraynalı müdafiəçi transfer edib

“Sabah” ukraynalı müdafiəçi transfer edib
# 18 fevral 2021 16:26 (UTC +04:00)

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ukraynalı mərkəz müdafiəçisi Zurab Oçiqava bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Gürcüstan əsilli 26 yaşlı futbolçu yeni komandası ilə mövsümün sonuna kimi müqavilə bağlayıb. Oçiqava son klubu olan Estoniya “Levadiya”sından ötən ilin noyabrında ayrıldığından, “Sabah”a azad agent kimi keçib.

Qeyd edək ki, Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR