“Sabah”ın baş məşqçisi: “Bizim üçün sevindirici xəbər olmadı”

“Sabah”ın baş məşqçisi: “Bizim üçün sevindirici xəbər olmadı”
# 18 iyun 2020 15:12 (UTC +04:00)

“Bu, AFFA-nın qərarıdır və ölkədəki hazırkı vəziyyətlə bağlıdır”.

Bunu apasport.az saytına “Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin 2020/21 mövsümünü erkən başa çatdırması qərarına münasibət bildirib.

Sopiç komandasının avrokuboklara vəsiqə qazana bilmədiyini səbəb kimi göstərərək, qərara üzüldüklərini söyləyib: “Təbii ki, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsümə mümkün qədər tez başlanılması barədə qərar verilər”.

Qeyd edək ki, “Sabah” mövsümü 6-cı pillədə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR