“Sabah”ın futbolçusu Moldova yığmasına gedə bilmir

“Sabah”ın futbolçusu Moldova yığmasına gedə bilmir
# 15 mart 2020 18:50 (UTC +04:00)

Futbol üzrə Moldova milli komandasının martda keçirməli olduğu yoxlama oyunlarının baş tutması sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, buna Moldova hökumətinin qərarı səbəb olub.

Ayın 17-dən etibarən Moldova sərhədlərini bağlayaraq, aviareysləri dayandıracaq. Koronavirus pandemiyası təhlükəsi üzündən atılan bu addım yığmanın planlarına təsir edir.

Moldova millisi martın 26-da Andorra, beş gün sonra Rusiya ilə qarşılaşmalıdır. Hələ evdəki matçların təxirə düşməsi barədə qərar verilməsə də, Kişinyovdakı görüşə bilet satışı dayandırılıb.

Bu, Bakının “Sabah” klubunun Moldova yığmasına çağırılan futbolçusu Yevgeni Koçuka da təsirsiz ötüşməyəcək. Hazırda ölkəmizdə olan legionerin millinin düşərgəsinə yollanması mümkünsüzə çevrilib. Çünki Koçuk sərhədlər bağlanana qədər vətəninə yollansa belə yoxlama görüşünün baş tutması və onun sonradan geri dönüşü ilə qeyri-müəyyənlik hökm sürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR