“Şalke” baş məşqçisini istefaya göndərib

“Şalke” baş məşqçisini istefaya göndərib
# 18 dekabr 2020 14:43 (UTC +04:00)

Almaniyanın “Şalke” klubu baş məşqçisi Manuel Baumla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Helzenkirhen təmsilçisinin uğursuzluq zolağından çıxa bilməməyidir.

Yanvarın 17-də Mönhenqladbax “Borussiya”sına 2:0 hesabı ilə qalib gələn “Şalke” Bundesliqada 28 maçdır qələbə qazanmır. 4 xalla turnir cədvəlinin sonuncusu olan klubu növbəti iki oyuna müvəqqəti baş məşqçi Hub Stivens çıxaracaq. O, 1996-2002, 2011-12 və 2019-cu illərdə də komandaya rəhbərlik edib.

Qeyd edək ki, “Şalke” cari mövsüm bunadək də bir məşqçisini istefaya göndərib. Baumdan öncə David Vaqner postunu tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR