“Şapokoense” A seriyasına qayıdıb

“Şapokoense” A seriyasına qayıdıb
# 15 yanvar 2021 00:19 (UTC +04:00)

“Şapokoense” klubu Braziliya A seriyasına qayıdıb.

Apasport.az saytının məlumatına görə, bu, çempionatın sonuna 4 tur qalmış rəsmiləşib.

“Fiqeyrense”ni 2:1 hesabı ilə yenən “Şapokoense” son 4 matçının nəticəsindən asılı olmayaraq A seriyasına yüksəlib. Komanda bir illik fasilədən sonra güclülər sırasına qayıdıb.

Bu klub 2016-cı il noyabrın 28-də üzləşdiyi təyyarəsi qəzası ilə dünyanın üzüntüsünə səbəb olub. Kolumbiyada baş verən qəzada 77 nəfərdən yalnız altısı sağ qalıb. Onlardan biri - Alan Ruşel indi də “Şapokoense”də oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR