“Sauthempton”un futbolçusu “Tottenhem”ə keçib

“Sauthempton”un futbolçusu “Tottenhem”ə keçib
# 11 avqust 2020 12:20 (UTC +04:00)

“Sauthempton”un yarımmüdafiəçisi Pyer-Emil Heybyerq komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu “Tottenhem”lə anlaşıb.

Danimarka millisinin üzvü artıq Londonda tibbi müayinədən də keçib. “Tottenhem” bu gün onun transferini elan edəcək. Keçid “Sauthempton”a 15 milyon funt-sterlinq qazandırıb. Klub futbolçunun çıxışına əsasən əlavə bonuslar da əldə edə bilər.

Qeyd edək ki, Pyer-Emil Heybyerq “Sauthempton”a 2016-cı ildə “Bavariya”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR