“Şaxtyor” Belarus çempionu olub

“Şaxtyor” Belarus çempionu olub
# 28 noyabr 2020 18:42 (UTC +04:00)

Belarus çempionatında 2020 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, çempion bu gün keçirilən son tur matçlarının ardından müəyyənləşib.

Lider BATE Minskdə “Dinamo” ilə qolsuz bərabərə qalaraq qızıl medal qazana bilməyib. Əsas rəqibinin büdrəməsindən məharətlə yararlanan Soliqorsk “Şaxtyor”u doğma arenasında “Minsk” üzərində dramatik qələbə qazanıb. Əlavə olunmuş dəqiqələrdə 2 qol vuran “Şaxtyor” 4:2 hesablı qalibiyyət sayəsində BATE-ni 1 xal qabaqlayaraq ölkə çempionluğunu əldə edib.

Bununla “Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR