“Səbail” Azərbaycan kubokunda 1/4 finala yüksəlib

“Səbail” Azərbaycan kubokunda 1/4 finala yüksəlib
  • Clock-gray 16:53
  • calendar-gray 24 Yanvar 2021

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, turnir 1/8 final mərhələsi ilə başlayıb.

İlk oyun günündə bir matç keçirilib. Kubokun açılış görüşü Bakıda baş tutub.

“Səbail” “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib. Premyer Liqanın autsayderlərindən olan paytaxt təmsilçisi rəqibini çətinliklə məğlubiyyətə uğradıb.

Aftandil Hacıyevin yetirmələri növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq. 1/4 final görüşləri fevralın 1-2 və 6-7-də keçiriləcək.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də baş tutacaq.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala” - 3:2
Qollar:
Amil Yunanov, 26, (pen.), Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 - Roini İsmayılıov, 31, 40
Hakimlər:
Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Səbail”: 96. Nikolas Hagen, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev (k), 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Zaqatala”: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 7. Bəhruz Teymurov, 14. Elçin Əlicanov, 2. Rüstəm Nuruyev, 17. Xəqani Sadıxov, 13. Ramin Əhmədov, 18. Əli Abdullayev
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 15. Firuddin Mövsümov, 16. Ceyhun Rəcəbli, 11. Əsədulla Heydərov, 9. Xəlil Bəşirov, 19. Salman Ələsgərov, 3. Nicat Oruclu, 20. Elmar Rəhimov
Baş məşqçi: Rüstəm Məmmədov
“ASCO Arena”

ApaSport

Digər xəbərlər