"Səbail"dən ayrılacaq daha bir futbolçunun adı açıqlanıb

"Səbail"dən ayrılacaq daha bir futbolçunun adı açıqlanıb
# 13 aprel 2020 15:20 (UTC +04:00)

Mövsümün sonunda "Səbail"dən ayrılacaq daha bir futbolçunun adı məlum olub.

Apasport.az saytının məlumatına görə, karyerasını başa vurmağa hazırlaşan Maykl Essyendən sonra digər yarımmüdafiəçi Rahid Əmirquliyev komandanı tərk etmək qərarına gəlib.

Buna səbəb paytaxt klubunun həm uğursuz çıxışı, həm də cari mövsüm yaşadığı maliyyə sıxıntısıdır. Kapitan özü də tez-tez açıqlamalarında vəziyyətin ürəkaçan olmadığını vurğulayırdı. 31 yaşlı orta sahə oyunçusu mövsümün sonunda yeni müqavilə bağlamayacağını artıq qətiləşdirib.

Onun bu qərarı verməsində digər məqam "Keşlə"dən aldığı təklifdir. Tərlan Əhmədovun ixtiyarında görmək istədiyi oyunçuya "Keşlə" "Səbail"də qazandığından daha yüksək maaş təklif edib. Üstəlik, bu komandanın avrokuboka yollanmaq şansının çox olması və oradan milliyə qayıtmaq ehtimalının yüksək olması Rahidin qərarına birbaşa təsir edə bilər. Sabiq "Xəzər Lənkəran"lı digər klublardan gələcək təklifləri də nəzərdən keçirməyi düşünür. Ancaq hazırkı durumda onun "Keşlə"yə keçmək variantı daha real görünür.

Qeyd edək ki, Rahid Əmirquliyev bu mövsüm Premyer Liqada 20 matçın hamısında iştirak edib. Onun "Səbail"lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR