Serbiya millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb

Serbiya millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb
# 05 mart 2021 15:23 (UTC +04:00)

Serbiya milli komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlılar martda keçiriləcək oyunlar üçün 30 futbolçuya dəvət göndərib.

Yeni baş məşqçi Draqan Stoykoviç yığmaya 3 qapıçı, 8 müdafiəçi, 15 yarımmüdafiəçi və 4 hücumçu çağırıb. Stoykoviç bildirib ki, Matiya Nastasiç və Miyat Qaçinoviç zədədən qurtulma mərhələsindədir. O, millinin qapılarının hər kəsin üzünə açıq olduğunu və heç kimdən imtina etmədiyini əlavə edib: “Köməkçilərimlə apardığım ciddi və hərtərəfli təhlildən sonra bizim üçün vacib və uyğun meyarlara əsaslanaraq, bu oyunçu qrupunu seçmə mərhələnin ilk üç qarşılaşmasına dəvət etmək qərarına gəldim”.

Serbiya martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da Bakıda millimizlə görüşəcək.

Qapıçılar: Predraq Raykoviç (“Reym”, Fransa), Marko Dmitroviç (“Eybar”, İspaniya), Dorçe Nikoliç (“Bazel”, İsveçrə)
Müdafiəçilər: Stefan Mitroviç (“Strasbur”, Fransa), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Feyenoord”, Niderland), Miloş Velkoviç (“Verder”, Almaniya), Straxinya Pavloviç (“Serkl Brügge”, Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç (“Srvena Zvezda”), Filip Mladenoviç (“Legiya”, Polşa)
Yarımmüdafiəçilər: Mixaylo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”, İtaliya), Uroş Raçiç (“Valensiya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudeli (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Herta”, Almaniya), Duşan Tadiç (“Ayaks”, Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Dyuriçiç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”, İtaliya), Marko Qrujiç (“Porto”, Portuqaliya), İvan İliç (“Verona”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç (“Ayntraxt”, Almaniya)
Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Ayntraxt”, Almaniya), Duşan Vlahoviç (“Fiorentina), Dorçe Despotoviç (“Rubin”, Rusiya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR