"Sevilya" Türkiyə millisinin futbolçusunu istəyir

"Sevilya" Türkiyə millisinin futbolçusunu istəyir
# 29 iyun 2020 16:57 (UTC +04:00)

Türkiyə millisinin futbolçusu Okay Yokuşlu klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, "Selta"da çıxış edən yarımmüdafiəçi "Sevilya"nın maraq dairəsindədir.

Əndəlüs klubu mövsümün sonunda 26 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq niyyətindədir. "Sevilya"nın idman direktoru Ramon Monçi bununla bağlı danışıqlara artıq start verib. O, ilk görüşdə "Selta"ya 40 milyon avro təklif edib.

Qeyd edək ki, Okay Yokuşlu "Selta"ya 2018-ci ilin yayında "Trabzonspor"dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR