“Şkendiya”nın hücumçusu: “Sumqayıt” asan rəqib deyil"

“Şkendiya”nın hücumçusu: “Sumqayıt” asan rəqib deyil"
# 11 avqust 2020 16:29 (UTC +04:00)

“Avrokuboklarda asan rəqib gözləyə bilmərik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkendiya”nın hücumçusu Lyupço Doryev deyib.

Şimali Makedoniya klubunun yeni transferlərindən olan 25 yaşlı futbolçu “Sumqayıt”la görüş barədə fikirlərini bölüşüb. O, rəqibə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb: “Sumqayıt” asan rəqib deyil. Daxili birincilikdə tutduqları yerlə avrokuboklara vəsiqə qazanıblar və şübhəsiz ki, keyfiyyətlidirlər. Bu il cəmi bir oyunda iştirak etmişik. İndi də Azərbaycanda rəqibin qonağı olacağıq. Düzgün oyun sərgiləsək, bu problemi sığortalayacağımıza inanıram. Asan olmayacaq, ancaq növbəti mərhələyə adlayacağımıza inanıram”.

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” oyunu avqustun 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR